Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 15 illiyi qeyd edilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 15 ili tamam olur. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə nazirlikdə tədbir keçirilib, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə təltif olunan bir qrup əməkdaşa “Rəşadətli əməyə görə” nişanı, növbəti hərbi və xüsusi rütbələr təqdim olunub.
Əvvəlcə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar naziri General-leytenant Şamı Abdullayev və nazirliyin əməkdaşları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsi önünə gələrək, buraya gül dəstəsi qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra tədbir Fövqəladə Hallar Nazirliyində davam edib.
Tədbirdə nazir Şamı Abdullayev bildirib ki, 15 il bundan öncə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 30 dekabr 2005-ci il tarixli Fərmanı ilə muxtar respublikada Fövqəladə Hallar Nazirliyi yaradıldı. 16 may 2006-cı il tarixdə onun Əsasnaməsi təsdiq olundu və bununla da Nazirliyin əhalinin mühafizəsi məsələlərində yeri və rolu müəyyən olundu.
Vurğulanıb ki, Nаxçıvаn Muxtаr Rеspublikаsı Аli Məclisi Sədrinin diqqəti və qаyğısı sаyəsində sоn 15 ildə nazirliyin aparatı və struktur qurumları inkişаf еdərək mаddi-tеxniki bаzаsını əhəmiyyətli dərəcədə möhkəmləndirib, şəxsi hеyətin sоsiаl-məişət şərаiti və mаddi rifаh halı xeyli yаxşılаşdırılıb. 2008-ci ildə Dövlət Yаnğın Təhlükəsizliyi İdаrəsi və Nаxçıvаn şəhər Dövlət Yаnğın Təhlükəsizliyi şöbəsinin inzibаti binаsı və tеxniki qаrаjlаrı əsaslı təmir olunub və ya yеnidən qurulub, 2009-cu ildə Kəngərli, 2010-cu ildə Şаhbuz və Оrdubаd, 2013-cü ildə Şərur və Babək, 2014-cü ildə Sədərək, 2020-ci ildə isə Culfa rаyоn şöbələrinin yеni inzibаti binаlаrı və tеxniki qаrаjlаrı tikilərək şəxsi hеyətin istifаdəsinə vеrilib. 2012-ci il mаyın 30-dа Azərbaycan Respublikasının Prеzidеnti, Ali Baş Komandan cənаb İlhаm Əliyеvin iştirаkı ilə nаzirliyin inzibаti binаsının аçılışı оlub. 8 mərtəbədən ibаrət оlаn binаdа xidmətin аpаrаlılmаsı üçün hərtərəfli şərаit yаrаdılıb.
Bildirib ki, yaradılan şəraitdən istifadə edən struktur qurumların müvafiq heyətləri Əlahiddə Ümumqoşun Ordunun Türkiyə Silahlı Qüvvələri ilə birgə keçirildiyi “Sarsılmaz qardaşlıq 2019-2020” taktiki təlimlərində, “Nахçıvаn” Əlаhiddə Sərhəd Diviziyаsı tərəfindən keçirilən təlimlərdə iştirak edərək təcrübə qazanıb, 34 müddətdən artıq həqiqi xidmət hərbi qulluqçumuz Ordunun Təlim-Tədris Mərkəzində kurs keçərək sertifikat alıb.
Bununla yanaşı 2020-ci ildə muxtar respublikada virus infeksiyalarına və yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər aparılaraq Naxçıvan şəhərində, rayon, qəsəbə və kənd mərkəzlərində, ümumilikdə 25 milyon kvadratmetrdən artıq sahədə dezinfeksiya işləri aparılıb.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasif Talıbovun 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında fövqəladə halların qarşısının alınması sahəsində səmərəli fəaliyyətlərinə görə 15 əməkdaş “Rəşadətli əməyə görə” nişanı, bir qrup əməkdaş isə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin medal və nişanları ilə təltif olunub, növbəti hərbi və xüsusi rütbələr verilib. Tədbirdə nişan, medal və rütbələrin təqdimatı keçirilib.
Fövqəladə Hallar naziri genetal-leytenant Şamı Abdullayev nazirliyin aparatı və struktur qurumlarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə kollektiv adından minnətdarlığını bildirib. Muxtar respublikanın inkişafında, sabitliyin, əmin-amanlığın qorunmasında və əhalinin təhlükəsizliyinin təmin olunmasında əməyi olanların hamısına təşəkkürünü bildirib, nazirliyin bütün şəxsi heyətini nazirliyin yaradılmasının 15 illik yubileyi, qarşıdan gələn “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə təbrik edib.
Təltif olunan əməkdaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Mahmud Hüseynov