NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Rza Talıbov özünün rəsmi instaqram hesabında Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Dünya Azərbaycanlılarının birlik və həmrəyliyinin yaradıcısı, Ulu öndər Heydər Əliyevin nadir fotolarından birini paylaşıb. Fotoşəkil ötən əsrin 90-cı illərində Naxçıvanda, ümummili lider Heydər Əliyevin yaşadığı evin həyətində çəkilib. Fotoşəkildə arxada görünən isə Naxçıvan televiziyasının əvvəlki yayım qülləsidir. Həmin vaxt sadə həyat tərzi keçirən Heydər Əliyev naxçıvanlıların istəyi, təkidli tələbi ilə Ali Məclisin Sədri seçilmiş, Naxçıvanı işğaldan qorumuş, Azərbaycanın müstəqilliyi və inkişafı naminə böyük mübarizəyə qədim diyardan başlamışdır. Bu nadir foto həmin anların gözəl bir xatirəsi kimi dəyərlidir.
https://www.instagram.com/p/CJdHZKkhf6F/