Şahbuz Dövlət Təbiət Qoruğunda biotexniki tədbirlər davam edir - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Şahbuz Dövlət Təbiət Qoruğunda çöl heyvanlarının kompleks məskunlaşdığı ərazilərdə və miqrasiya dəhlizlərində biotexniki tədbir keçiriblər.

Əsrarəngiz təbiəti ilə seçilən, 3139 hektar ərazisi olan Şahbuz Dövlət Təbiət Qoruğu zəngin fauna və floraya malikdir. Qış aylarında bu ərazilərdə çöl heyvanlarının qidaya olan tələbatı daha da artır. Bu isə heyvanların alternativ qida mənbələri axtarmasına, bəzən də miqrasiyasına səbəb olur. Bunu nəzərə alan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Şahbuz Dövlət Təbiət Qoruğunun əməkdaşları yabanı faunanın qida tələbatını qismən ödəmək üçün ərazilərdə biotexniki tədbirlər həyata keçirirlər. Bu məqsədlə Zərnətün çayı boyunca dağ yamaclarında çöl heyvanlarının daha çox məskunlaşdığı ərazilərə qaba yem səpilib və daş duz qoyulub.

Nazirlikdən verilən məlumata görə, fauna ehtiyatlarının mühafizəsi və artırılması sahəsində əhəmiyyəti nəzərə alınaraq biotexniki tədbirlər bundan sonra da davam etdiriləcək.

 

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: