Naxçıvanda dini ayinlər milli ənənəyə uyğun keçirilir

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyində 2018-ci ilin 6 ayının yekunları ilə bağlı iclas keçirilib.  Agentliyin direktoru Vüqar Babayev bildirib ki, cari ilin  ötən dövrü ərzində muxtar respublikada məscidlərin və din xadimlərinin qeydiyyatının davam etdirilməsi, dini sahədə biliklərin artırılması üçün təkmilləşdirmə kurslarının təşkili, eləcə də dini vəsaitlərin çap olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. 

Naxçıvanın 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə əlaqədar agentlik tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilib. Belə ki, “İslam dinində Ramazan və Qurban Bayramları”, “İslam dinində ailə dəyərləri” mövzusunda  formlar, konfranslar keçirilib, “İslamda müdrik kəlamlar” adlı kitab dərc olunub.

2018-ci ilin ilk yarımilində dini bayramlar, ayinlər və yas mərasimlərinin milli-mənəvi dəyərlərimizə və ənənələrimizə  uyğun şəkildə  keçirilməsi də diqqətdə saxlanılıb, Naxçıvan şəhərində, eləcə də kənd mərkəzlərində  yeni mərasim evləri istifadəyə verilib.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: