Naxçıvanda dövlət büdcəsinin gəlirləri 107,4 faiz icra olunub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə idarəsində kollegiya iclası keçirilib. İdarənin rəisi Fazil İbrahimov qeyd edib ki, 2018-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri 38 milyon 103 min 700 manat və ya 107,4 faiz icra olunub. Büdcə daxilolmalarının 84,7 faizi və ya 32 milyon 283 min 900 manatı Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi,  9,6 faizi və ya 3 milyon 653 min 400 manatı isə Dövlət Gömrük Komitəsi tərəfindən təmin edilib.

Fazil İbrahimov vurğulayıb ki, cari ilin birinci yarısında muxtar respublika dövlət büdcəsinin xərcləri 215 milyon 368 min 600 manat və ya 88,3 faizi icra olunub. İdarə tərəfindən 2018-ci ilin birinci yarısında həyata keçirilmiş audit tədbirləri 6 milyon 525 min 900 manat məbləğində vəsaiti əhatə edib. Audit zamanı aşkar edilən nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq təşkilatlara məktub və maliyyə orqanlarına məlumat göndərilib. Fazil İbrahimov bildirib ki,  idarənin kollektivi cari ilin ikinci yarısında da beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında qarşıya qoyulan vəzifələrin icrasını təmin edəcək.

Gülməmməd Əliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: