Azad Şuşada ilk çay - FOTOLAR
1992-ci ildə mən Şuşadan çıxanda şəhər mühasirəyə alınmışdı. Çox çətin yollarla çıxmalı oldum.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu dünyaca məşhur fotojurnalist Reza Deqati deyib.
Fotoqraf bildirib ki, Şuşadan çıxmazdan əvvəl məni müşayiət edən döyüşçülərlə sonuncu çay içmək istəmişdim:
"Nəhayət Şuşa azad olunduqdan sonra 28 dekabrda yenidən bura qayıtdım. Azad Şuşada ilk çayımı da şəhərin ən hündür yerində əsgərlərlə içdim".