Dağıstanda baş verən zəlzələ Qusarda hiss olunub

A- A A+

Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisində səhər saatlarında baş verən zəlzələ Azərbaycanın şimal bölgəsində də hiss edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yeraltı təkan Quba və Qusar rayonlarında hiss edilsə də, hər hansı dağıntı qeydə alınmayıb.

Qeyd edək ki, Dağıstanda 5,1 bal gücündə qeydə alınan zəlzələnin episentri Qecux kəndindən 7 km cənub-qərbdə olub. Təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntılar barədə məlumat verilməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: