Kofenin bilmədiyiniz faydaları

A- A A+

Kofe vətəni Həbəşistanda yetişən kofe ağacının meyvəsinin qovrularaq toz halına salınaraq dəmlənməsindən əldə edilən içkidir. Bu içkidən ilk dəfə ərəblər istifadə etməyə başlamışdır. Kofe su və südlə dəmlənir və bütün dünyada içilir. Kofe müasir günümüzdə ən çox qəbul edilən içkilər siyahısındadır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, kofenin tərkibində kofein olduğuna görə bəzi xəstəliklərə qarşı qoruyucu funksiyanı yerinə yetirməklə bərabər, bəzi patologiyalara səbəb ola bilir. Bu da çox miqdarda kofe qəbul edənlərdə özünü fiziki və psixoloji təsirlərlə göstərir.

Kofe insana diqqətini toplamaqda yardım edir, baş ağrısını zəiflədir. Bəzi hallarda isə aşağıdakı patologiyalara səbəb olur.

Kofe ürək

Gün ərzində 2 fincan kofe içmək ürəyi bəzi xəstəliklərdən qoruyur, amma çox qəbul edildikdə ürək döyüntülərinin artmasına səbəb olur.

Kofe və 2 tip şəkərli diabet

Bəzi araşdırmalar 4 fincan şəkərsiz kofe içməyin 2 tip insulinə bağlı olmayan şəkər xəstəliyinə yaxalanma riskini azaltdığını göstərir. Bunu əmələ gətirən səbəb kofenin tərkibində olan minerallardır.

Kove və su

Kofe orqanizmdən artıq suyun çıxarılmasına səbəb olur. Bu səbəbdən də kofenin çəkini azaltması barədə düşüncələr var. Bu fikirlər kofenin sidikqovucu təsirə malik olmasından qaynaqlanır.

Kofe və miqren

Baş ağrıları aşağı təzyiqin olması səbəbindən əmələ gəldikdə kofe ağrını aradan qaldırır. Ancaq baş ağrıları miqren səbəbli olduqda kofe ağrıların artmasına səbəb olur.

Kofe və mədə xəstəlikləri

Kofe mədənin turşuluğunu artırır, qastrit, reflyuks kimi xəstəliklərin əlamətlərinin artmasına səbəb olur. Ən çox da südsüz və tünd kofe mədə narahatlıqlarını artırır.

Kofe və arterial təzyiq

Gün ərzində 5 fincandan artıq kofe içmək qan təzyiqinin yüksəlməsinə səbəb olan amillərdən biri sayılır. Bu xüsusiyyətinə görə təzyiqi olan xəstələrə kofe içmək məsləhət edilmir. Bu onlarda beyin qanamasına və iflicə səbəb ola bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: