Rusiya FHN-nin minatəmizləyənlərini gətirən təyyarə Gəncəyə eniş edib
Rusiya FHN-nin minatəmizləyənlərini gətirən təyyarə Gəncəyə eniş edib
Rusiya Fövqəladə Hallar Nazirliyinin 20 nəfərlik xüsusi qrupu və texnikası Azərbaycana gəlib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin minatəmizləyənlərini gətirən təyyarə yanvarın 4-də Gəncə beynəlxalq aeroportuna eniş edib.
Azərbaycanın fövqəladə hallar nazirinin müavini, general-leytenant Raqim Lətifov jurnalistlərə müsahibəsində bildirib ki, Rusiyadan gələn qrup Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi əməliyyatlarında iştirak edəcək.
Onun sözlərinə görə, 20 nəfərlik qrup Fövqəladə Hallar Nazirliyinin Ağdamın Quzanlı qəsəbəsindəki Qarabağ Regional Mərkəzinin ərazisində yerləşəcəklər. Qrup sabahdan etibarən ilkin olaraq Ağdam rayonu ərazisində ayrılmış 100 hektar ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarına başlayacaq.