Qış fəslində ən çox üz tutulan məkan-Ağbulaq - VİDEO
İlin bütün fəsillərində özünəməxsus gözəlliyi ilə seçilən və turizm məkanı hesab edilən Şahbuz rayonunun Ağbulaq kəndi bu günlərdə ağ örpəyə bürünüb. Naxçıvanın kənd və dağ turizminin qabaqcıl ünvanlarından olan Ağbulaq kəndindəki İstirahət və Xizək Mərkəzlərinə insanların marağı böyükdür. Hər gün demək olar ki, bu gözəl məkanlara yüzlərlə insan səfər edir. Turizm məkanında yaradılan bütün imkanlardan səmərəli şəkildə istifadə edərək ailələri ilə birgə əsl qış mövsümünü yaşayırlar.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının əməkdaşlarının Ağbulaq kəndindəki İstirahət və Xizək Mərkəzlərindən hazırladığı videomaterialı təqdim edir:
Sadiq Məmmədov