Hərbi xidmətin ilk günü - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 30 may 2018-ci il tarixli“Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamına uyğun olaraq xidmətə yeni çağırılmış gənclərin hərbi hissələrə qəbulu davam edir. Bütün mərhələlərdən keçdikdən sonra hərbi xidmətə yararlığı təsdiq edilən gənclərimiz paltar və digər şəxsi əşyalarla tam təmin edilir. Naxçıvan Muxtar Respublikasının etibarlı müdafiəsini təmin edən Əlahiddə Ümumqoşun Orduda yaradılan nümunəvi xidməti şəraitin nəticəsidir ki, xidmətə yeni başlayan əsgərlərimiz heç bir çətinliklə üzləşmirlər. Hərtərəfli təminata malik hərbi hissələrdə xidmət edəcək gənclərin ən çətin döyüş tapşırıqlarını yerinə yetirəcək peşəkar əsgərlər kimi hazırlanması üçün plana uyğun dərs və praktiki məşğələlər keçirilir.