Yanvarın 5-də Xəzər dənizində maqnitudası 3,4 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 08:12-də qeydə alınıb.
Zəlzələ ocağı 62 kilometr dərinlikdə yerləşib.