Zabitlər muzeylərimizi ziyarət ediblər - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrinin zabitlərinin muzeylərə ekskursiyaları davam edir. Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrinin zabitləri növbəti dəfə Naxçıvan Dövlət Tarix Muzeyini, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini və Xatirə Muzeyini, eləcə də muxtar respublikanın rayonlarında yerləşən tarix-diyarşünaslıq muzeylərini ziyarət ediblər. Muzeylərdə zəngin tariximizi, mədəniyyətimizi özündə əks etdirən eksponatlar və görkəmli şəxsiyyətlərimiz haqqında bələdçilər tərəfindən zabitlərə ətraflı məlumat verilib.