Şərur şəhərində Saat Meydanının tikintisi yekunlaşmaq üzrədir

A- A A+

Muxtar respublikada həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq tədbirləri Şərur rayonunu da əhatə edib.

 NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, rayondakı yeni quruculuq ünvanlarının sırasına Şərur şəhərinin girişində ucaldılan Saat Meydanı da qoşulub. Ümumi sahəsi 2 min 460 kvadratmetr olan ərazidə 10 metr hündürlükdə olacaq Saat qülləsinin inşasını “Gəmiqaya Holdinq” Şirkətləri Qrupu həyata keçirir.

Meydandakı qüllədə şərq və qərb istiqamətlərində olmaqla, 2 saat qurulacaq. Tikinti ilə paralel şəkildə ərazidə işıqlandırma sistemi quraşdırılır, su xətti çəkilir.

Layihəyə uyğun əsas işlər tam başa çatdıqdan sonra ətrafda gülkarlıq və yaşıllıq zolağı da salınacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: