Muxtar respublikada 14-17 yaşlı uşaqlar arasında son dövrlər cinayət hadisəsi qeydə alınmayıb

A- A A+

Yeni iş yerlərinin açılması, gənclərin səmərəli məşğulluğunun təmin edilməsi və həyata keçirilən profilaktik tədbirlərin nəticəsi olaraq 2020-ci ildə muxtar respublikada qeydə alınmış cinayət hadisələrinin sayı ölkə üzrə ümumi göstəricinin cəmi 0,1 faizini təşkil edib. Muxtar respublikada 14-17 yaşlı uşaqlar arasında isə ümumiyyətlə son dövrlər cinayət hadisəsi qeydə alınmayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasında çıxış edərkən bu barədə danışıb. Həmçinin qeyd olunub ki, ötən il ərzində əhalinin hər 1000 nəfərinə hesabı ilə ən az boşanma halı da muxtar respublikada qeydə alınıb.

“Muxtar respublikada əhali artımının təmin olunmasında yeni doğulanlarla yanaşı, müsbət miqrasiya saldosu da mühüm rol oynayıb”,- deyə komitə sədri bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: