Dumanlı və şaxtalı hava Naxçıvan şəhərini parlaq bəyaz örpəyə qərq edib - VİDEO
Naxçıvan şəhəri son illərin ən qeyri-adi qış fəslini yaşayır desək, yanılmarıq. Şəhərimizin hər yanı, xüsusilə ağaclar və kollar bəyaz rəngə boyanıb. Maraqlıdır ki, bu bəyazlığı qar yox, təbiət ana özünəməxsus şıltaqlığı ilə yaradıb. Havaların şaxtalı keçməsi özü ilə bərabər problemlər yox, baxdıqca zövq oxşayan təbiət mənzərələri canlandırıb.
Naxçıvan televiziyasının əməkdaşları şəhərimizin qeyri-adi qış mənzərələrini əks etdirən maraqlı bir süjet hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin sujeti təqdim edir:
Yaqub İsayev