Rusiya mütəxəssisləri Ağdamın minalardan təmizlənməsinə başlayıb - FOTOLAR

A- A A+

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin nümayəndələri yanvarın 6-dan etibarən işğaldan azad olunan Azərbaycan ərazilərinin minalardan, partlamamış döyüş sursatlarından, eləcə də partlayış təhlükəli əşyalardan təmizlənməsi və zərərsizləşdirilməsi əməliyyatlarına başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunun bu gün Ağdam rayonunda keçirilən mətbuat konfransında Fövqəladə Hallar nazirliyinin əməkdaşı Ramil Hüseynov deyib.

O bildirib ki, əməliyyatlara Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri də cəlb edilib: "Bu işlərlə yanaşı, razılaşdırılmış və təsdiqlənmiş tədris və təlim proqramına uyğun olaraq rusiyalı mütəxəssislərlə birlikdə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin təlim və tədris kursları da davam edir. Təlim-tədris kursları nəzəri və praktiki həyata keçirilir".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: