Azərbaycan 2018-ci il sentyabrın 20-də Düşənbədə keçiriləcək MDB-yə üzv dövlətlərinin baş prokurorlarının Koordinasiya Şurasının 28-ci iclasında iştirak edəcək.
NUHÇIXAN "Asia Plus"a istinadən xəbər verir.
Tacikistan Baş Prokurorluğundakı mənbənin məlumatına görə, Rusiyanın baş prokuroru Yuri Çaykanın sədrliyi ilə keçiriləcək iclasda 9 dövlətin - Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Özbəkistanın iştirak edəcəyi gözlənilir.
Baş prokurorların əməkdaşlığın genişləndirilməsi, informasiya mübadiləsi, iş təcrübəsi və kadr hazırlığı məsələlərini müzakirə edəcəkləri güman edilir.
"MDB baş prokurorlarının Düşənbə görüşününün gündəliyinin yekun variantı hazırlanır", - mənbə bildirib.