Ötən ay 6 sağlamlıq imkanları məhdud uşaq məktəbdənkənar və müalicə-reabilitasiya müəssisələrinə cəlb olunub

A- A A+

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ailə, qadın və uşaq hüquqlarının qorunması ötən ayda da diqqətdə saxlanılıb, bir sıra tədbirlər keçirilib.

Ötən ay aztəminatlı ailələrin üzvü olan 200 nəfər qadınla əlaqə saxlanılaraq söhbət aparılıb, müvafiq peşə kurslarına cəlb olunması üçün 7 qadın haqqında məlumat Naxçıvan Muxtar Respublikasının Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə göndərilib.

Sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı işlər davam etdirilib, 7-si məktəbəqədər yaşlı olmaqla, 50 sağlamlıq imkanları məhdud olan uşaqların valideynləri ilə əlaqə yaradılıb və onlarla maarifləndirici söhbət aparılıb, 6 sağlamlıq imkanları məhdud uşaq məktəbdənkənar və müalicə-reabilitasiya müəssisələrinə cəlb olunub.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən 8 uşaq müəssisəsində monitorinqlər keçirilib, monitorinq zamanı aşkarlanan nöqsanlar aktlaşdırılıb, tədbir görülməsi üçün aid orqanlara məktub göndərilib.

Dekabr ayı ərzində elektron məlumat bankına 679 uşaq haqqında fərdi məlumatlar daxil edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: