Ötən il Naxçıvan səhiyyəsi üçün uğurlu il olub - VİDEO
2020-ci il muxtar respublikada səhiyyə sahəsində aparılan yeniləşmə və quruculuq tədbirləri baxımından uğurlu il olub. Müasir tələblərə cavab verən tibb ocaqları istifadəyə verilib, muxtar respublikanın bütün şəhər və rayonlarında icbari tibbi sığortanın tətbiqinə başlanılıb.
Geridə qoyduğumuz 2020-ci ildə də muxtar respublikada bu sahənin inkişafı istiqamətində irimiqyaslı layihələrin həyata keçirilməsi davam etdirilib. Səhiyyə infrastrukturunun yenilənməsi, tibb müəssisələrində müasir avadanlıqların quraşdırılması əhalinin sağlamlığının qorunmasına geniş imkanlar yaradıb.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Mədinə Rəhimli