Zəngəzur Milli Parkında biotexniki tədbir

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında çöl heyvanlarının kompleks məskunlaşdığı ərazilərdə və miqrasiya dəhlizlərində biotexniki tədbir keçirib.

Təkrarolunmaz gözəlliyi, müxtəlif təbii xüsusiyyətləri ilə seçilən Naxçıvanın təbiəti qış fəslində daha çox diqqəti cəlb edir. Ərazilərə yağan qar təbiəti daha füsunkar edir. Təbiətin belə gözəl çağlarında ərazilərdə olan heyvanat aləminin qayğıya daha çox ehtiyacı olur. Bu məqsədlə Zəngəzur Milli Parkının əməkdaşları ərazilərin mühafizəsi işlərini günün tələblərinə uyğun qurmaqla yanaşı heyvanat aləminin daha sıx məskunlaşdığı ərazilərdə biotexniki tədbirlər həyata keçiriblər. Sərt qış aylarında çöl heyvanlarının miqrasiya dəhlizləri üzərinə müxtəlif qaba yemlər, ot və daş duz dağıdılıb.

Fauna ehtiyatlarının mühafizəsi və artırılması sahəsində əhəmiyyəti nəzərə alınaraq biotexniki tədbirlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.

 

Vaqif Ağalarov  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: