205 yeni telefon nömrəsi abonentlərin istifadəsinə verilib

A- A A+

Muxtar respublikada rabitə və yeni texnologiyaların inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, yaşayış məntəqələri tamamilə telefonlaşdırılır, müasir rabitə sistemləri qurulur, sürətli internetə çıxış təmin olunur.

Yeni inşa olunan Rabitə Evində yerləşən 352 nömrəlik mərkəzi avtomat telefon stansiyası vasitəsilə 167 abonentə rabitə xidməti, 78 abonentə isə genişzolaqlı internet xidməti göstəriləcəkdir.

Bunlarla yanaşı, ay ərzində Duzdağ Radio-Televiziya Verici Stansiyasında yerləşən optik modem dayağı yenidən işlənərək səliqəyə salınıb, Fövqəladə Hallar Nazirliyinin Qaraxanbəyli kəndində yerləşən hərbi hissəsində istismar olunan Karel DS200M tipli Avtomat Telefon Stansiyasında yaranan nasazlıq aradan qaldırılıb.

Həmçinin Şərur rayon Qaraburc kəndində dekabr ayında 128  nömrə tutumlu  yeni nəsil Avtomat Telefon Stansiyası quraşdırılıb, Ordubad rayon Nüsnüs və Yuxarı Əndəmic kəndlərində açıq havada yerləşən yeni nəsil Avtomat Telefon Stansiyaları yeni tikilən kənd mərkəzlərindəki rabitə evlərinə köçürülübdür.

Stasionar telefon şəbəkəsinin genişləndirilməsi məqsədilə həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq ay ərzində muxtar respublika üzrə mövcud avtomat telefon stansiyalarının  nömrə tutumları  artırılıb, ümumilikdə 205 yeni telefon nömrəsi abonentlərin istifadəsinə verililibdir.

Əhalinin keyfiyyətli internet xidmətləri ilə təmin olunması daim diqqət mərkəzində saxlanılıb, ay ərzində 557 abonent internetlə təmin olunub, “Evədək optika” layihəsi çərçivəsində 7 fərdi mənzilə fiber-optik kabel xətləri çəkilib və zəruri avadanlıqlar quraşdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: