Məşhur fotoqraf Bülbülün dağıdılmış ev-muzeyini nümayiş etdirib - FOTOLAR
İran əsilli məşhur fransalı fotoqraf Rza Diqqəti öz "İnstagram" səhifəsində Azərbaycanla bağlı növbəti paylaşım edib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, fotoqraf Şuşa şəhərində görkəmli Azərbaycan opera müğənnisi Bülbülün dağıdılmış ev-muzeyini ziyarət edib.
O, öz paylaşımında bu ev-muzey barədə 1992-ci ildə Şuşa ermənilər tərəfindən işğal olunandan sonra heç bir məlumatın olmadığını qeyd edib.
Fotoqraf Bülbülün ev muzeyinə girəndə şoka düşdüyünü vurğulayıb. O bildirib ki, muzeyin içərisində hər şey qarət olunub, Bülbülün heykəlinin isə gözləri çıxarılıb.