Muxtar respublikada yol-nəqliyyat kompleksi beynəlxalq standartlar səviyyəsində qurulub - VİDEO
Son illər muxtar respublikanın bütün bölgələrində avtomobillərin rahat və təhlükəsiz hərəkəti təmin edilib. Ötən il muxtar respublikada 40 kilometr uzunluğunda yeni asfalt yol salınıb, Culfa-Ordubad magistral avtomobil yolu yenidən qurulub. Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat kompleksinin beynəlxalq standartlar səviyyəsində qurulması Naxçıvanın tranzit imkanlarını artırıb.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Adilə Səfərova