Sədərəkdə tikilən Bayraq meydanında son tamamlama işləri görülür

A- A A+

Dövlət rəmzləri milli dövlətçiliyin, istiqlaliyyətin mövcudluğunu, xalqın keçmişini və gələcəyə yönəlmiş ən ülvi arzularını ifadə edir. Dövlət rəmzlərindən biri olan Bayraq da azadlıq və istiqlal rəmzi olaraq hər bir dövlətin müstəqilliyini ifadə edir. Xalqımızın qürur mənbəyi olan, müstəqilliyimizi təcəssüm etdirən üçrəngli bayrağımız bu gün işğaldan azad olunan hər bir rayon, şəhər, qəsəbə və kəndlərində, strateji əhəmiyyətli yüksəkliklərdə dalğalanır. Sədərək rayonunun görkəmli yerində, Naxçıvan-Sədərək magistral avtomobil yolunun sağ tərəfində tikintisi aparılan Bayraq Meydanında son tamamlama işləri görülür. Burada yüksələn üçrəngli bayrağımız dalğalanaraq bir addımlığımızda yerləşən düşmənə gözdağı olacaq. Bildiyimiz kimi, bu yol həm də Qərbə açılan qapımızdır. Buradan keçənlər bayrağımızın vüqarlı duruşunu seyr edəcəklər. Qeyd edək ki, meydanda bayraq dirəyi quraşdırılıb. Bayraq Meydanının ətrafında daşlar düzülüb. Gülkarlıqlara güllər əkilib, işıqlandırma sistemi quraşdırılıb.

Qeyd edək ki, son tamamlama işləri görülən tikinti sahələrindən biri də rayon ərazisində yerləşən Radio-Televiziya Ötürücü Stansiyasıdır. İkimərtəbəli müasir binada iş, qazanxana, elektrik və texniki otaqlar vardır. Binanın həyətyanı sahəsinə sal daşlar düzülüb, yaşıllıq sahələrinə münbit torpaq qatı verilib. İş otaqlarında mebel avadanlıqları quraşdırılıb. Beləliklə həm işçilərin iş şəraiti yaxşılaşacaq, həm də televerilişlərin ötürülmə keyfiyyəti artacaq. İnşaat işlərini rayon Tikinti-Quraşdırma idarəsi yerinə yetirib. Radio-Televiziya Ötürücü Stansiyaya gedən yolda torpaqbərkitmə işləri görülüb.

“Oğuz yudu” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: