Şərur rayonunda Vətən müharibəsi qazilərinə xüsusi səhiyyə xidməti göstərilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublika Xəstəxanasının təşkilatçılığı ilə Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərimiz müalicəyə cəlb olunur, onlara yüksək səviyyədə səhiyyə xidməti göstərilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, növbəti humanitar tibbi aksiya Şərur rayonunda aparılıb.

Baş həkim Zəbur Bağırovun rəhbərliyilə 19 nəfərdən ibarət briqada Şərur rayonunun Şəhriyar, Danyeri, Qarahəsənli, Püsyan, Maxta, Oğlanqala, Gümüşlü, Təzəkənd, Alışar, Cəlilkənd, Xələc və Çərçiboğan  kəndlərində yaşayan 18 Vətən müharibəsi qazisinə evlərində tibbi xidmət göstərib. Qazilər uroloji, cərrahi, terapevtik, kardioloji, rentgenoloji, laborator müayinələrdən keçirilib, müvafiq tibbi yardım göstərilib,  dərman və maska, müvafiq təyinat və məsləhətlər verilib, 3 qazi rentgenoloji və fizioterapevtik müayinə və müalicə üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət edilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə göstəriləcək səhiyyə xidmətinin keyfiyyətinə nəzarətin təmin edilməsi üçün komissiya yaradılıb. Komissiyanın təşkilatçılığı ilə aksiya muxtar respublikanın  digər rayonlarında da keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: