Cari ilin ilk ayı üçün əmək pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb

A- A A+

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Fond tərəfindən muxtar respublika üzrə 2021-ci ilin ilk ayının pensiya vəsaitlərinin pensiyaçılara ödənilməsi prosesi tam yekunlaşıb. Əmək pensiyalarının ödənişi plastik kartlar və poçt bölmələri vasitəsi ilə pensiyaçılara çatdırılıb.

Qeyd edək ki, əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi, həmin şəxslərin şəxsi hesablarına, yaxud poçt ünvanlarına vəsaitin köçürülməsi üçün müvafiq işlər hal-hazırda davam etdirilir və qısa zamanda yekunlaşdırılacaqdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: