Azərbaycan 5 ən xoşbəxt ölkə arasında yer alıb

A- A A+

Azərbaycan ən xoşbəxt insanların yaşadığı ilk beş ölkə sırasında yer alıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Ukraynanın "Demokratik Təşəbbüslər" Fondu və Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi rəy sorğusunda deyilir.

Sorğuya əsasən, Azərbaycanda xoşbəxtlik səviyyəsi 76 faiz təşkil edib. Reytinqdə ilk sıralarda Qırğızıstan (85 faiz), Qazaxıstan (78 faiz), Ekvador (77 faiz) və Kolumbiya (77 faiz) yer alıb.

Siyahıda ən son sıralarda Ukrayna (14 faiz), Ermənistan (12 faiz), Honq Konq (7 faiz), Qana (0 faiz) və Şimali Makedoniya (-3 faiz) qərarlaşıb.

Sorğu 41 ölkənin əhalisi arasında keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: