Şərurda 35 ixtisaslı həkim və tibbi heyətin iştirakı ilə tibbi aksiya təşkil olundu - VİDEO

A- A A+

Şərur rayon Mərkəzi Xəstəxanasında rayon sakinləri üçün tibbi aksiya təşkil olunub. Naxçıvan Muxtar Respublika Xəstəxanasının təşkil etdiyi tibbi aksiya 35 ixtisaslı həkim və tibbi heyətin iştirakı ilə keçirilib. Rayon xəstəxanasına müayinə və cərrahi əməliyyatların aparılması üçün tibbi avadanlıqlar da gətirilib. Sakinlər ayrı ayrılıqda  nevropatoloq, revmotoloq, stomatoloq, proktatoloq, göz, travmatoloq, uroloq, radioloq, lor, terapevt, cərrah və digər ixtisaslı həkimlər tərəfindən müayinə olunub, analizlər götürülüb. Hər hansı bir xəstəliyi aşkarlanan sakinə müalicələr təyin edilib.

Naxçıvan televiziyasının əməkdaşları mövzu bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Novruz Məmmədov

                                                                  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: