Şərur rayonunun Şəhriyar kəndində kompleks quruculuq işləri görülüb - VİDEO
Şərur rayonunun Şəhriyar kəndində geniş quruculuq işləri aparılıb, yol yenidən qurulub, ümumtəhsil və uşaq-musiqi məktəbləri üçün yeni binalar, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası tikilib.
Yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirlərində iştirak edib.
Naxçıvan televiziyasının əməkdaşları Şərur rayonunun Şəhriyar kəndində aparılan kompleks quruculuq işlərinin görüntülərini əks etdirən videoçarx hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videoçarxı təqdim edir: