Könüllülük proqramını uğurla bitirən gənclərlə görüş keçirildi

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərində yerləşən Gənclər Mərkəzində Sosial könüllülük proqramını uğurla bitirən könüllülər və layihəyə yeni cəlb edilən gənclərlə görüş keçirilib.

Tədbirdə Əmək və Əhаlinin Sоsiаl Müdаfiəsi naziri Nicat Babayev bildirib ki, bir qrupu Əmək və Əhаlinin Sоsiаl  Müdаfiəsi Nazirliyinin hamiliyinə verilən sosial iş ixtisasının tələbələri olmaqla, sosial könüllülərin iştirakı ilə ötən il ərzində 11 yaradıcılıq və bilik müsabiqəsi təşkil olunub, xüsusi qayğıya ehtiyacı olan şəxslərə göstərilən sosial xidmətləri əhatə edən 50-ə yaxın tədbirdə könüllülərin iştirakı təmin edilib. Həmçinin  ötən dövr ərzində sosial könüllülük layihəsinə cəlb edilən 34 nəfər müvafiq sertifikatlarla təmin edilib, əlamətdar günlər münasibətilə 5 sosial könüllü mükafatlandırılıb, keçirilən tədbirlərdə fəal iştirakına görə 14 könüllü təltif olunub.

Nicat Babayev muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan şəxslərə, eləcə də gənclərə göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə dərin minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxışında muxtar respublikada son illərdə geniş vüsət alan könüllülük hərəkatından bəhs edib, bu istiqamətdə görülən işlərdən danışıb. Vurğulanıb ki, sosial könüllülük layihəsinin həyata keçirilməsində əsas məqsəd könüllülük fəaliyyətinin ictimai, sosial və tərbiyəvi əhəmiyyətinin təşviqi, bu prosesə gənclərin qoşulmasının təmin edilməsi, sosial sahədə çalışacaq könüllülərin yetişdirilməsi və gələcəkdə onların dövlət qurumlarında işlə təmin olunması imkanlarının artırılmasından ibarətdir.

Könüllülərdən Səbinə Babayeva və Gülcan Əlizadə çıxış edərək könüllülük layihələrinin gənclərin həyatındakı əhəmiyyətindən danışıb, yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Sosial könüllülük layihəsinin ikinci mərhələsində fərqlənmiş gənclərə müvafiq sertifikatlar verilib.

Mahmud Hüseynov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: