Kəngərli rayonunda keçirilən tədbir yanğın təhlükəsizliyi qaydalarına həsr olunub - FOTOLAR

A- A A+

Fövqəladə Hallar Nazirliyinin mətbuat  xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Nazirlik və Kəngərli rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə rayonun kənd icra nümayəndələri, bələdiyyələr və digər müəssisə, təşkilat rəhbərləri iştirak edib.

Tədbirdə  yaşayış məntəqələrində qış mövsümü dövründə qaz cihazlarından istifadə zamanı texniki və yanğın təhlükəsizlik qaydalarına əməl olunması, yaşayış sahələrində dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri, onun qarşısının alınması ilə bağlı görüləcək işlər barədə danışılıb.

Nazirlik tərəfindən idarə, müəssisə və təşkilatların, həmçinin ictimai yaşayış binalarının qızdırılması üçün quraşdırılmış qazanxanalarda texniki və yanğın təhlükəsizliyinə riayət olunması qaydaları haqqında  məlumat verilib.

Maarifləndirici tədbirin iştirakçılar üçün vacib olduğunu, məişətdə qaz və elektrik cihazlarından istifadəyə daha diqqətli olunması vurğulanıb və mülkiyyətlərin yanğınlardan qorunması üçün tədbir iştirakçılarına məlumatlar verilib.

Tədbirdə iştirakçılar tərəfindən verilən suallara aydınlıq gətirilərək cavablandırılıb və iştirakçılara qaz cihazlarından istifadə və yanğın təhlükəsizliyi qaydaları ilə bağlı slayd və videoçarx təqdim olunub.

                    

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: