Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin iclası keçirilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 2020-ci ildə muxtar respublika məhkə­mə­lərinin fəaliyyətinin yekunlarının müzakirə olunduğu iclasda Ali Məhkəmənin sədri Qasım Əliyev ölkəmizdə insan hüquqlarının təmin olunması və müasir standartlara cavab verən məhkəmə-hüquq islahatlarının aparılmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmasını qeyd edib. Qasım Əliyev məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahat­lardan danışıb.

2020-ci ildə muxtar respublikada ədalət mühakiməsinin həyata keçirilməsi, vətəndaş­ların hüquq və azadlıqlarının qorunması, hüquqi maarifləndirilmə sahəsində görülən  işlər haqqında da ətraflı məlumat verən Ali Məhkəmənin sədri muxtar respublikanın ixtisaslaşdırılmış və rayon, şəhər məhkəmələri tərəfindən baxılaraq nəticə verilən mülki və digər işlər üzrə çıxarılan qətnamə və qərardadlardan verilən  apelyasiya şikayətlərinin nəticələrini təhlil edib.

İclasda Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin sədri Hicran Muradov, Ağır Cinayətlər Məhkəməsinin sədri Hüseyn Məmmədov, Hərbi Məhkəmənin sədri Polad Həsənov, Kommersiya Məhkəməsinin sədri Elşən Salmanov və muxtar respublikanın  şəhər və rayon məhkəmə­ sədrlərinin 2020-ci il ərzində görülən işlərə dair hesabatları dinlənilib. 

 Qasım Əliyev iclasa yekun vuraraq bildirib ki,  bundаn sоnrа dа ədаlət mühаkiməsi оbyеktiv, tam və qərəzsiz şəkildə həyаtа kеçiriləcək. Vətəndaşların hüquqi mааrif­ləndirilməsi işinin daha da gücləndirilməsi və əhаlinin hüquq xidmətlə­rinə оlаn təlаbаtının keyfiyyətli ödənilməsi üçün səylər davam etdiriləcək.

                                                     Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: