Naxçıvan şəhərində inşa olunan yeni məscid binasında tikinti işləri yekunlaşıb

A- A A+

Muxtar respublikamızda dini-mədəni abidələr bərpa olunur, yeni məscidlər tikilir, dindarların ibadəti üçün hərtərəfli şərait yaradılır.

Naxçıvan şəhərində tikilən, əsas və köməkçi hissələrdən ibarət olan  məscidin günbəz və minarələrində işlər, demək olar ki, yekunlaşıb. Binanın fasad hissəsində də işlər yekunlaşmaq üzrədir. Layihəyə əsasən, məscid binasında ibadət zalı, qızlar və oğlanlar üçün iki mədrəsə və kitabxana yerləşəcək. Qeyd edək ki, ərazidə Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura üçün ikimərtəbəli inzibati bina və mərasim binaları da inşa olunub. İnzibati binada gələcəkdə iş otaqları, tədbirlər zalı, kəbin otağı, kitabxana və bufet olacaq. Mərasim binasında isə iki zal fəaliyyət göstərəcək. Məscid binası hazır olduqdan sonra həyətdə abadlıq işləri aparılacaq və dəstəmaz yerləri yaradılacaqdır.

                                                                                        Ayxan Hüseynli

                                                                                   "Nuh yurdu” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: