Kərki kəndinin işğalından 31 il ötür - VİDEO

A- A A+

Kərki kəndinin işğalından 31 il ötür. Ermənilər ilk işğalçılıq əməllərini 1990-cı il yanvar ayının 15-dən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçiriblər. Həmin gündən davam edən şiddətli döyüşlərdən sonra yanvarın 18-də muxtar respublikanın Sədərək rayonunun Kərki kəndi ermənilər tərəfindən işğal olunub.

Kərki kəndinin işğalı XX əsrin sonlarında ermənilərin ilk işğalçılıq aktı kimi tarixə düşüb. Kərkinin işğalı Bakıdakı 20 Yanvar və dəhşətli Xocalı faciəsinin, işğal olunan rayonlarımızın acı taleyinin və nəhayət, ermənilərin Azərbaycanın alınmaz qalası Sədərək üzərinə silahlı basqınlarının başlanğıcı olub.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin vidoematerialı təqdim edir:

 

      

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: