Azərbaycanla Türkiyə media sahəsində strateji əməkdaşlıq yaradır

A- A A+

Milli Məclisdə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qanun layihəsi yanvarın 19-da parlamentin İnsan hüquqları komitəsində müzakirə ediləcək.

Qeyd edək ki, dekabrın 10-da Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev və Türkiyə Respublikası Prezidenti Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun imzalayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: