Gənclər Mərkəzində Ekologiya könüllüləri ilə görüş keçirilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Gənclər Mərkəzində Ekologiya könüllüləri proqramını uğurla bitirən könüllülər va layihəyə yeni cəlb edilən gənclərlə görüş olub.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər naziri Mayis Əliyev bildirib ki, muxtar respublikada gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirilməsi və ətraf mühitin birgə mühafizəsinə cəlb olunması daim diqqət mərkəzində saxlanılır. 2019-cu ildə nazirlik və Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Ekologiya könüllüləri” proqramı yaradılıb. Proqrama  qoşulan gənclər ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində aparılan təbliğat və maarifləndirmə işlərində yaxından iştirak edib. Mayis Əliyev bildirib ki, bu gün 21 gənc yeni könüllülər qrupunda fəaliyyətə başlayır. Onlar nəinki təbiətin qorunmasında fəal olmalı, həmçinin öz innovativ təklif və layihələri ilə çıxış etməlidirlər. Həyata keçirilən könüllülük fəaliyyətinin ictimai, sosial və tərbiyəvi əhəmiyyətini nəzərə alaraq, bu prosesə gənclərin fəal şəkildə qoşulması gələcəkdə bilikli, ixtisaslı gənc kadrların hazırlanmasına böyük imkanlar yaradacaqdır.

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi nəticəsində bir çox gəncin yeni həyat tərzi, yeni stimul və yeni mənəvi dəyərlər qazandığına diqqət çəkib. Qeyd edib ki, muxtar respublikada könüllülərlə bağlı mühüm işlər görülüb, bir çox idarə və müəssisələrin tərkibində könüllülük prinsipləri ətrafında yüzlərlə gənc toplanıb. Gənclər Fondunda “Naxçıvan könüllüləri” vebsaytı yaradılıb. Saytın yaradılması könüllülük hərəkatının gənclər arasında geniş təbliğinə, bütün könüllü təşkilatların həyata keçirəcəyi tədbirlər haqqında məlumatların operativ çatdırılmasına şərait yaradır.  

Məzun könüllülərdən Nailə Abbaslı könüllülük fəaliyyətinin əhəmiyyətindən danışıb, yaradılan şəraitə görə minnətdarlığını bildirib.

Sonra ekologiya könüllülərinin ötən dövr ərzindəki faaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Ekologiya könüllüləri proqramını uğurla başa vuran gənclərə müvafiq sertifikatlar verilib.                                           

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: