Naxçıvanda şəhid ailələri, müharibə iştirakçıları və onların yaxınları üçün Psixoloji Dəstək Xidməti yaradılıb

A- A A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Psixoloji Dəstək Xidməti  Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Mərkəzində  yaradılıb.

Xidmətin yaradılmasında məqsəd Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşlarımızın ailə üzvləri, yaralananlar, eyni zamanda müharibə iştirakçıları üçün postmüharibə dövründə lazımi psixoloji dəstəyin təşkilidir.

Qeyd edək ki, artıq müvafiq xidmətlə bağlı Mərkəzdə əlaqə telefonları (036-545-65-26 və 060-263-30-03) müəyyən olunub, xidmətdən istifadə etmək istəyənlər bu nömrələr vasitəsilə müraciət edə bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: