Naxçıvanda biotexniki tədbirlər davam etdirilir - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aparılan növbəti biotexniki tədbirlərdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Duzdağ Fizioterapiya Mərkəzinə gedən yolun kənarlarında salınan yeni meyvə və üzüm bağlarının, eləcə də Kəngərli rayonu ərazisində salınan 102 hektarlıq püstə bağının ətraflarına xeyli meyvə-tərəvəz qalıqları səpilib.

Yabanı, eləcə də mədəni flora ilə əlaqədar aparılan biotexniki tədbirlərin əsas məqsədi toxmacarlıq və yeni salınan meyvə bağlarını gəmiricilərin və ziyanvericilərin təsirindən qorumaqdır.

Qeyd edək ki, fauna ehtiyatlarının mühafizəsi və artırılması sahəsində mühüm ekoloji tədbirlərdən biri kimi biotexniki tədbirlər mühüm əhəmiyyət kəsb edir. Muxtar respublikada qış mövsümündə, xüsusən də ərazilərin qar örtüyü ilə örtüldüyü bu vaxtlarda heyvanat aləminin və bitki örtüyünün qorunması məqsədilə mütəmadi olaraq biotexniki tədbirlər həyata keçirilir.

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: