“Naxçıvan” Universitetinin tələbələri Ağbulaqda “Yay məktəbi”nə qatılıblar - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,  Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay Məktəbi”nin  növbəti qonaqları “Naxçıvan” Universitetinin tələbələri olub.

Yay məktəbi çərçivəsində tələbələrin dünyagörüşünün yoxlanması və istirahətin  maraqlı təşkili üçün Oxunması zəruri olan kitablara əsasən hazırlanan “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu keçirilib. Bir neçə gün davam edəcək məktəb çərçivəsində tələbələr həmçinin müxtəlif idman növləri ilə məşğul olub, bədii filmlər izləyiblər.

Qeyd edək ki, Yay məktəbi iyulun 27-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: