Gəmiqaya Taxıl Məhsulları Məhdud Məsuliyyətli Cəmiyyətində gündüz məşğələsi keçirilib - FOTOLAR

A- A A+

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, məşğələ Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Naxçıvan şəhər Dövlət Yanğın Təhlükəsizliyi şöbəsi növbətçi yanğınsöndürmə xidmətlərinin şəxsi heyətinin iştirakı ilə keçirilib.

Məşğələnin keçirilməsində əsas məqsəd şöbənin növbətçi yanğınsöndürmə xidmətlərinin şəxsi heyətinə muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasında özünəməxsus strateji əhəmiyyəti olan “Gəmiqaya Taxıl Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal fəaliyyəti və yanğın təhlükəli sahələri ilə yaxından tanış olmaq, eləcə də yanğın zamanı yanğınsöndürmə bölmələri tərəfindən görüləcək təxirəsalınmaz yanğınsöndürmə və xilasetmə tədbirləri haqqında məlumat əldə etməkdən ibarətdir.

Məşğələ müddətində şöbənin növbətçi yanğınsöndürmə xidmətlərinin şəxsi heyətinə “Gəmiqaya Taxıl Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin müvafiq vəzifəli şəxsləri tərəfindən müəssisənin fəaliyyəti, yanğına təhlükəli sahələri, istehsal sexləri, un dəyirmanı və taxıl saxlanılan anbarları, müəssisənin yanğına qarşı su təchizatı və ilkin yanğınsöndürmə vasitələrinin mövcudluğu, onlardan istifadə qaydaları haqqında ətraflı məlumatlar verilib.

Həmçinin müəssisədə baş verə biləcək yanğınların qarşısının alınması və söndürülməsində könüllü yanğın komandasının rolu haqqında məlumat verilərək, müəssisədə mövcud olan ZİL 130 markalı yanğınsöndürmə avtomobilinin texniki sazlığı və şəxsi heyətin hazırlığı yoxlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: