Əməkdar jurnalist Mətanət Məmmədovanın gənc oxucularla görüşü keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gənc oxucuların “Naxçıvanın publisistik xəritəsi” kitabının müəllifi, əməkdar jurnalist Mətanət Məmmədova ilə “Gənclər Mərkəzində” görüşü olub.

Görüşdə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev muxtar respublikada gənclər siyasəti sahəsində reallaşdırılan layihələrdən danışıb. Qeyd olunub ki, gənclərin mənəvi tərbiyəsi, onların ictimai-mədəni həyatda iştirakı daim diqqət mərkəzində saxlanılır. Artıq muxtar respublikada yeni texnologiyalara yiyələnən, çağdaş təfəkkürə malik vətənpərvər, gənc nəsil formalaşıb. Ötən il noyabrın 21-də YAP Naxçıvan Muxtar Respublikası Təşkilatı Siyasi Şurasının iclasında Ali Məclisin Sədri muxtar respublikada nəşr olunan kitablardan gənclərin vətənpərvərlik tərbiyəsində əsas mənbə kimi istifadə olunması barədə tapşırıqlar verib. Həmin kitablar sırasında əməkdar jurnalist Mətanət Məmmədovanın “Naxçıvanın publisistik xəritəsi” kitabı da yer alıb. Kitab Naxçıvanın bu günü ilə dünəni arasında müqayisəli təhlil aparmaq üçün dəyərli mənbədir.

Görüşdə əməkdar jurnalist Mətanət Məmmədova gənc oxuculara kitab haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, 11 fəsildən ibarət kitabda araşdırma xarakterli yazılar, məqalələr, oçerklər, müsahibələr, mənsur şeirlər yer alıb. Muxtar respublikada aparılan uğurlu siyasət, imzalanan dövlət sənədləri, hər addımda görünən inkişaf, tərəqqi, diyarımızın qədimliyi ilə müasirliyinin vəhdəti, blokadanın dünəni ilə bu günü bədii-publisistik dillə oxucuya çatdırılıb.

Həmçinin Naxçıvanda formalaşan dövlətçilik siyasəti, Naxçıvanın inkişafı, tərəqqisi, qədimliyi ilə müasirliyinin vəhdəti, blokadanın dünəni ilə bu günü, zamanla burada yaradılanların publisistika janrında xəritəsi cızılaraq oxuculara təqdim olunub. Kitabda Naxçıvanın blokadada olduğu illərdə insanların acınacaqlı həyatı ilə indiki yaşayışı haqqında məlumat verilib.

Belə görüşlərin keçirilməsinin əhəmiyyətindən danışan Mətanət Məmmədova gəncləri maraqlandıran sualları cavablandırıb, onlara adı çəkilən  kitabdan  hədiyyə edib.

Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: