Səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi qaydaları - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Babək rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin təşkilatçılığı ilə “Babək rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə əməl olunması qaydaları ilə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbirin əsas məqsədi səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə əməl olunması, yanğın hadisəsi zamanı davranış qaydaları, insanların və əmlakın təxliyə olunması, təhlükəsizliyinin təmin edilməsi istiqamətində əsas tədbirlərin yerinə yetirilməsi, yaşayış evlərində baş verən yanğın hadisələrinin səbəbləri, dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onların qarşısının alınması haqqında tədbir iştirakçılarına məlumat vermək olub.
Tədbirdə səhiyyə müəsissələrində və yaşayış yerlərində yanğın təhlükəsizliyi qaydaları, qaz və elektrik cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi qaydaları haqqında iştirakçılara ətraflı məlumat verilib. Həmçinin dəm qazı, dəm qazının yaranma səbəbləri və dəm qazından zəhərlənmə zamanı davranış qaydaları haqqında da danışılıb.
Sonda tədbir iştirakçılarına ilkin yanğınsöndürmə vasitələri, onlardan istifadə qaydaları əyani olaraq göstərilib, iştirakçıların verdiyi suallar cavablandırılıb.
Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti