Bəhruz Kəngərli Muzeyində interaktiv dərs keçirilib - FOTOLAR

A- A A+

Təhsil  Nazirliyinin mətbuat xidmətindən  NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, interaktiv dərs Bəhruz Kəngərlinin anadan olmasının 129-cu ildönümü münasibəti ilə “Görkəmli rəssamın sənət dünyası” mövzusunda təşkil olunub.

Dərsdə qeyd edilib ki, Naxçıvan torpağı Azərbaycan xalqına görkəmli şəxsiyyətlər bəxş edib. Belə şəxsiyyətlərdən biri də milli rəssamlığın inkişafında özünəməxsus rol oynayan, Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, ilk realist fırça ustası Bəhruz Kəngərlidir. O, 1892-ci il yanvarın 22-də Naxçıvan şəhərində anadan olub. Tiflisdə oxuyandan sonra Naxçıvana qayıdıb və burada öz dövrünün tarixi abidələrini, insanlarını və onların həyat tərzini əks etdirən əsərlər çəkib.

Bildirilib ki, Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəhruz Kəngərli Muzeyinin yaradılması haqqında” 2001-ci il 22 may tarixli Sərəncamı ilə yaradılıbdır. Muzey fondunda ümumilikdə 1300-ə yaxın eksponat vardır ki, bunlardan 396 ədədi ekspozisiya zallarında sərgilənir. Nümayiş olunan eksponatlardan 61-i rəssamın orijinal  rəsm əsərləridir. Görkəmli sənətkarın sənət dünyasına, yaradıcılığına onun doğulub boya-başa çatdığı doğma Vətənində daim yüksək diqqət və qayğı göstərilir.

İnteraktiv dərs muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbinin şagirdləri tərəfindən izlənilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: