Ötən ay muxtar respublikada 6 milyon 597 min kvadratmetr ərazidə dezinfeksiya işləri aparılıb

A- A A+

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərdə bildirilir. Belə ki, ötən ay ərzində muxtar respublika ərazisində yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə profilaktik tədbirlər gücləndirilib, nazirliyin struktur qurumları tərəfindən şəhər, qəsəbə və kənd yaşayış məntəqələrində ümumilikdə, 6 milyon 597 min kvadratmetr ərazidə dezinfeksiya işləri aparılıb.

Bundan əlavə, ay ərzində 14 təhlükə pоtеnsiallı оbyеktdə texniki təhlükəsizliyə əməl olunması məqsədilə baxış-yоxlamalar kеçirilib, 19 halda tеxniki təhlükəsizlik qayda və nоrmalarının pоzulması aşkar еdilib və nöqsanların aradan qaldırılması məqsədilə tövsiyələr verilib.

Muxtar respublika ərazisində yanğın təhlükəsizliyinin etibarlı təmin olunması məqsədilə 94 obyektdə diqqətli, 159 obyektdə nəzəri, 69 obyektdə isə məqsədli yoxlamalar keçirilib, yanğın cəhətdən təhlükəli оlan 55 elektrik xəttinin, 202  şlanqla çəkilmiş qaz xəttinin dəyişdirilməsi təmin edilib, 22  su qızdırıcısının və 277 tez qatlanan tüstü borusunun istismarı dayandırılıb. Həmçinin 16 obyektdə yanğına qarşı maarifləndirici tədbir keçirilib, 498 nəfər vətəndaş yanğına qarşı təlimatlandırılıb,  76 obyektlə icbari sığorta müqaviləsi bağlanıb.

Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən 2 obyektə “İstismara hazırlıq aktı” verilib, 48 mənzilə baxış keçirilib, 34 mənzildə tüstü bacası və havaçəkən kanalları təmizlənib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: