Ordubad rayonunda 4 min 838 sığorta müqaviləsi bağlanılıb

A- A A+

Ordubad Rayon İcra Hakimiyyətində  rayonda sığorta işi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

NUHÇIXAN xəbər verir ki, tədbirdə Ordubad Rayon icra başçısı Elşad Məmmədov, Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov və digər çıxış edənlər sığorta sahəsində görülmüş işlərin vəziyyəti barədə məlumat veriblər. Vurğulanıb ki, Ordubad rayonu üzrə cari ilin  ilk yarısında 4 min 838 sığorta müqaviləsi bağlanılıb, onlardan 1168-i avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, 1752-si daşınmaz əmlakın icbari sığortası olub. Qeyd olunub ki, son dövrlərdə Ordubad rayonunda sığorta sahəsində görülmüş işlərlə bərabər daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə hələ də sığorta olunmayan hüquqi və fiziki şəxslər vardır. Buna görə də Ordubad rayonunda sığorta fəaliyyətinin daha da genişləndirilməsi və bu sahədə maarifləndirmə işlərinə diqqətin artırılması vacib vəzifə kimi qarşıda durur. Həmçinin bildirilib ki, Ordubaddakı əkin sahələrinin, meyvə bağlarının, lizinqə verilən kənd təsərrüfatı texnikalarının, habelə ev heyvanlarının və arı ailələrinin sığortalanması məqsədilə fermer və torpaq mülkiyyətçiləri, kənd təsərrüfatı texnikaları sahibləri arasında maarifləndirici işlər genişləndirilməldir.

                                                                  Cavid  Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: