Böyükdüz kəndində qapalı suvarma şəbəkəsi inşa edilir

A- A A+
Cari ilin birinci yarısında da muxtar respublikada torpaq sahələrində su təminatının yaxşılaşdırılması, suvarılan torpaq sahələrinin genişləndirilməsi və digər vacib məsələlərlə bağlı mühüm tədbirlər həyata keçirilib. NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov bu gün keçirilən kollegiya iclasında bunları bildirib. Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasının qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə və  2018-ci ilin birinci yarısının yekunlarına həsr olunan  kollegiya iclasında bir sıra maraqlı faktlar da səslənib. Qeyd olunub ki,  Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 600 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib. Bu ilin birinci yarısında “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanlizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsi və Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksinin tikintisi başa çatdırılıb. Babək rayonunun Şəkərabad kəndində içməli su və kanalizasiya xəttinin çəkilişi yekunlaşdırılıb. Bununla da 5 min nəfər sakin 24 saat fasiləsiz olaraq ekoloji cəhətdən tam yararlı içməli su ilə təmin olunub.  Kanalizasiya suları Babək qəsəbəsinin mövcud kanalizasiya şəbəkəsinə qoşulub. Şahbuz şəhər çirkab su təmizləyici qurğuda işlər davam etdirilib. Şərur rayonunun Yengicə kəndində 860 su ev birləşməsi aparılıb. Ordubad rayonunda müxtəlif diametrli borularla 73,5 kilometr içməli su xətti, 72,1 kilometr kanalizasiya xətti çəkilib, 3 min 211 su ev birləşməsi, 3 min 207  kanalizasiya ev bağlantısı aparılıb. Qeyd olunub ki,   beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında Ali Məclisin Sədri  Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin  yerli icra hakimiyyəti orqanları ilə birlikdə əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün su bölgüsünə və ondan səmərəli istifadəyə nəzarəti artırmağın və  yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi üçün meliorasiya tədbirlərini davam etdirməyin zəruri olduğunu bildirib.  Komitə sədri  qarşıya qoyulan  bu vəzifələrin əməli işlə həyata keçirilməsi üçün kollektivin  var qüvvə ilə çalışacağını vurğulayıb.  

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: