Şahbuzda qazilərə tibbi xidmət göstərilib

A- A A+

Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası tərəfindən Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərimizin müalicəsi, onlara səhiyyə xidmətinin göstərilməsi davam etdirilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, növbəti humanitar tibbi aksiya Şahbuz rayonunda təşkil olunub. 

Aksiyada xəstəxananın 10-a yaxın travmatoloq, nervopatoloq, çənə cərrahı, terapevt və digər ixtisaslı həkim heyəti Vətən müharibəsi qazilərinə  evlərində tibbi xidmət göstərib. Qazilər müxtəlif müayinələrdən keçirilib, tibbi yardım göstərilib, dərman və tibbi maskalarla təmin olunub, müvafiq təyinat və məsləhətlər verilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə göstəriləcək səhiyyə xidmətinin keyfiyyətinə nəzarətin təmin edilməsi üçün komissiya yaradılıb. Komissiyanın təşkilatçılığı ilə növbəti aksiyanın Babək və Ordubad rayonlarında keçirilməsi nəzərdə tutulub.

                                          Novruz Məmmədov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: