Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi birgə məlumat yaydı
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi bildirir ki, 2021-ci il yanvar ayının 8-dən etibarən həyata keçirilən, Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi qeydiyyatda olan sakinlərin istifadə müddəti bitən, itirilən, istifadəyə yararsız hala düşən şəxsiyyət vəsiqələrinin Bakı şəhərində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində müvəqqəti fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşları tərəfindən yenisi ilə əvəzlənməsi prosesi fevralın 15-dək uzadılıb.
Ünvan: Bakı şəhəri, Rəşid Behbudov küçəsi -130. Tel: (012) 590-64-43, 590-64-31.