AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib - FOTOLAR

A- A A+

AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Akademiyanın Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, əvvəlcə Bölmənin sədri, akademik İsmayıl Hacıyev iclas iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib. Sonra Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Tofiq Əliyevin “Metalların korroziyası və ondan mühafizə yolları” mövzusunda elmi məruzəsi dinlənilib.

Məruzəçi öncə metalların insan həyatında, fəaliyyətin bütün sahələrindəki əhəmiyyəti, metalların mexaniki dağılması, eroziya və korroziya prosesləri haqqında ətraflı məlumat verib. Alim korroziya prosesinin çox ziyanverici olduğunu, metal avadanlıqların sıradan çıxmasının istehsalata əhəmiyyətli dərəcədə təsir etdiyini diqqətə çatdırıb. Bildirib ki, korroziya prosesi il ərzində dünya iqtisadiyyatına təxminən 150-200 milyard dollar dəyərində ziyan vurur.

Nümayiş etdirilən slayd vasitəsilə korroziya prosesinin formaları, mexanizmi izah olunub.

Daha sonra AMEA Naxçıvan Bölməsində elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul, bəzi dissertasiya mövzularının adında qismən dəyişiklik edilməsi haqqında, eləcə də gündəlikdəki digər məsələlər Rəyasət Heyətinin müzakirəsinə çıxarılaraq müvafiq qərarlar qəbul edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: